Texniki Universitetin altıncı korpusunda kütləvi vaksinasiya mərkəzi açıldı

 

Texniki Universitetin altıncı korpusunda kütləvi vaksinasiya mərkəzi açıldı, burada Respublika Xəstəxanasının peyvəndləmə qrupları çalışırlar.

Respublika Xəstəxanasının direktorunun müavini Cavara Uqrexelidzenin də qeyd etdiyi üzrə, vaksinasiya mərkəzində eyni anda altı peyvəndləyici qrup işləyir.

“Bütün növ peyvəndlərlə “Sinopharm”, “Sinovac” və “Pfizer” ilə peyvəndləyirik. Əhali əvvəlcədən qeydiyyatdan keçmədən, bizə müraciət edə ,kömək ala və istədikləri vaksinlə peyvənd ola bilər . Bu mərkəz gündəlik 2000 -dən çox vətəndaşı qəbul edə bilər. Bu mərkəz hər gün fasiləsiz və istirahət günləri olmadan saat 10: 00 -dan 20: 00 -dək fəaliyyət göstərir. Vətəndaş buraya gələrək, canlı növbədə gözləyə bilər, lakin çox sayda köməkçi işçilərimizin olduğuna görə növbədə uzun müddət qalmaq faktiki olaraq mümkün deyil, operatorla yerindəcə qeydiyyatdan , eləcə də sonra həkimlə konsultasiyadan keçə bilər və onun üçün arzuolunan peyvəndi seçərək, peyvənd ola bilər. Təyin olunmuş 30-45 dəqiqəni çox rahat bir mühitdə keçirə və sonra peyvəndləmə məkanını tərk edə bilər. Bu pandemiyaya son qoymaq və vəziyyətdən çıxmaq üçün çox yaxşı bir şansdır” -deyə Javara Uqrexelidze bildirib.

Bununla yanaşı, səhiyyə nazirinin müavini Qiorqi Tsotskolaurinin də qeyd etdiyi üzrə, səhər saatlarından etibarən Texniki Universitetdə açılan kütləvi peyvəndləmə mərkəzində 200 -dən çox vətəndaş peyvəndlənib.

“Kütləvi peyvəndləmə mərkəzi bu gün səhərdən Texniki Universitetin bazasında açıldı, burada hər bir vətəndaş əvvəlcədən qeydiyyatdan keçmədən gəlib peyvənd ola bilər. Bu, əhalimiz üçün həqiqətən böyük bir yaxşılıqdır. Burdaca deyim ki, bu mərkəz saat 10: 00 -da açıldı və iki saatdan az bir müddətdə artıq 200 -dən artıq vətəndaşımız gəlib peyvənd oldu. Bir daha əhalimizi daha aktiv olmağa, peyvənd olmağa çağırıram, bu dalandan çıxmağın yeganə yoludur “-deyə Tsotskolauri bildirib.