Texniki Universitetdə "Gürcüstan üçün gənc Azərbaycanlı liderlər" adlı yeni təşkilatın təqdimatı keçirildi

Gürcüstanın Texniki Universitetində – “Gürcüstan üçün gənc Azərbaycanlı liderlər” adlı yeni təşkilatın təqdimatı keçirildi.

Təşkilat ölkənin müxtəlif universitetlərinin tələbələrini birləşdirir.

Görüşdə qeyd edildi ki, yeni təşkilatın əsas məqsədi etnik azərbaycanlı tələbələrin gürcü cəmiyyətinə daha artıq inteqrasiyasıdır.

Əsas problemlərdən biri olaraq, gənclər dil baryerini adlandırırlar.

Onların dediyinə görə, Universitetdə bugün gürcü dili imtahanlarının tapşırılması asanlaşdırılıb, ancaq bu asanlaşdırma, daha sonra, gürcü dilinin öyrənilməsini çətinləşdirir.

Yeni təşkilatın üzvləri müxtəlif layihələrin vasitəsi ilə, məhz bu problemi həll etməyə çalışacaqlar.

“Bizim birləşməmizin əsas məqsədi odur ki, gənclər müxtəlif layihələrə daha çox qoşulsunlar. Bu məqsədlərin arasına gürcü dilinin daha yaxşı öyrənilməsi də daxildir. İnsanlara əllərində olduğu imkanlar haqqında məlumat çatdırmaq istəyirik. Biz Gürcüstan vətəndaşlarıyıq və bizim üçün vacibdir ki, gürcü cəmiyyəti ilə daha artıq inteqrasiyada olaq” – dedi təşkilatın üzvü Daur İsmayılov.