Təhsil Nazirliyində bildirirlər ki, məktəblərdə tədris prosesi ənənəvi formada davam edir
Təhsil Nazirliyində bildirirlər ki, məktəblərdə tədris prosesi ənənəvi formada davam edir

 

Təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvilinin sözlərinə görə, məktəblərdə tədris prosesi ənənəvi formada davam edir.

Bu barədə Maxaraşvili “İmedis Dğe” proqramında danışıb.

“Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, ümumi təhsil müəssisələrində tədris prosesi sinif otaqlarında davam etdiriləcək, çünki uşağın inkişafı üçün təbii mühitdə təhsil önəmlidir. Tədris prosesinin sinifdə davam etməsini qoruyub-saxlamaq üçün bir sıra işlər görülüb və indi də görülür. Məktəblər son iki ildə böyük təcrübə qazanıblar, onların əməl etdiyi detallı şəkildə tərtib edilmiş protokol var, Təhsil və Elm Nazirliyi, təhsil resurs mərkəzləri və məktəblər bu prosesdə iştirak edir. Bütün məktəblər müvafiq maddi resurslarla təmin olunublar, lakin əsas olan odur ki, onlar konkret vəziyyətdə necə davranmaq barədə müvafiq biliklərə yiyələniblər.

Bildiyiniz kimi, təhsil və elm nazirinin qərarı ilə bu gün də bütün valideynlərə zəruri hesab etmələri halında distant təhsil formasını seçmək imkanı verilir. Sizə statistikanı təqdim etmək istəyirəm- 2085 dövlət və 217 özəl məktəb var ki, bu mərhələdə 201 məktəb distant təhsil formasına keçib. Bu, dilə gətirməyi zəruri hesab etdiyim saydır.

Müəllimlərin icbari testləşməsinin də davam etdirilməsi vacibdir. Bu prosesə təkcə səhiyyə seqmenti deyil, məktəb həkimlərinin özləri də qoşulublar. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzlə birlikdə biz 400-dən çox dövlət və özəl məktəb həkimini bu prosesə qoşulmaları üçün təlimdən keçirmişik. Əgər müəllim peyvənd olunmayıbsa və ya bir dəfə peyvənd olunubsa, həftədə bir dəfə, iki dəfə peyvənd olunubsa o zaman iki həftədən bir sürətli testdən keçiriləcək. Bayaq dediyim kimi, bizim məktəb həkimləri səhiyyə mərkəzləri ilə birgə testləşmə prosesinə cəlb olunublar. Distant təhsil haqqında danışarkən hamımız bilməliyik ki, beynəlxalq tövsiyələrə əsasən bu, məhdudiyyətlərin ən son mərhələsidir. Yoluxma göstəricisinin artması ilə yanaşı, işimizin tempi və idarəetmə prosesində iştirak da artır. Məktəblər əvvəlcədən yazılmış, artıq sübut edilmiş sağlamlıq protokoluna malikdirlər.

Harada nə etdiyimizi və necə davrandığımızı dəqiq bilirik. Əlbətdə ki, bu proses tamamilə bizim nəzarətimizdədir. Mülki məsuliyyətdən danışarkən, burada valideynin dəstəyi çox vacibdir. Bir daha qeyd edirəm, məlum olduğu üzrə , təhsil və elm naziri hər həftənin cümə axşamı günü valideynlərə zəruri hesab etdikləri təqdirdə onlayn platforma vasitəsilə şagirdləri qeydiyyatdan keçirmək və distant təhsil formasını seçmək imkanı verib. Mən bütün məktəb ictimaiyyətini maksimal şəkildə yüksək sosial məsuliyyət nümayiş etdirməyə və siniflərdə tədris prosesini qoruyub-saxlamağa kömək etməyə çağırıram. Bunun üçün səylərimizi əsirgəməyəcəyik”- deyə Tamar Maxaraşvili bildirib.