Təhsil Nazirliyi- ümumi təhsil müəssisələrində "Covid 19" virusunun yayılması baxımından stabil vəziyyət qorunub saxlanır
Təhsil Nazirliyinin məlumatına əsasən, ötən bir həftənin göstəricilərinə görə, Gürcüstan miqyasında distant təhsil metoduna keçən məktəb və ayrı-ayrı siniflərin sayı azalıb. Bu günə olan göstəricilərlə , 172 məktəb və ayrıca 408 sinif distant təhsil rejimindədir.
Nazirlikdən verilən məlumata görə, tədris prosesinin məktəb mühitində bərpa olunmasından bu günədək Gürcüstan miqyasında risk qrupuna daxil olan 196 müəllim distant rejimdədir.
Onların verdiyi məlumata görə, ümumi təhsil müəssisələrində “Covid-19” virusunun yayılması baxımından vəziyyət stabildir.
“Son yeddi gün ərzində müəllimlərin 1 və şagirdlərin 0,4 faizində koronavirus infeksiyasına yoluxma təsdiqlənib. Müəllimlərin və məktəb administrasiyasının 70%-i bu mərhələdə peyvənd olunub. Gürcüstanın Təhsil və Elm Nazirliyi məktəblərdə “Covid-19” virusunun yayılmasının prevensiyası məqsədi ilə müxtəlif istiqamətlərdə fəal iş aparır. Müəllimlərin “Covid-19” ilə əlaqədar aktiv şəkildə testləşməsi də aparılır. Məktəblər tədris ilinin sonuna kimi pandemiyanın qarşısını almaq üçün lazım olan resurslarla tam təchiz olunub.
Təhsil və Elm Nazirliyi bir daha bütün məktəb ictimaiyyətini səhiyyə sektorunun rekomendasiyalarına maksimal şəkildə əməl etməyə, peyvəndləmə prosesində fəal iştirak etməyə çağırır. Öz növbəsində ümumi təhsil müəssisələri səhiyyə sektorunun tövsiyyələrinə riayyət olunmasını , təhlükəsiz mühit yaradılmasını təmin edəcək. Bu prosesə tədris resurs mərkəzlərinin və nazirliyin nümayəndələri nəzarət edirlər” – deyə Təhsil Nazirliyindən bildirilib.