Təhsil Nazirliyi - Siyasi səbəblərə görə, hansısa məktəb direktorunun işdən azad olunmasını istisna edirik
Təhsil Nazirliyi - Siyasi səbəblərə görə, hansısa məktəb direktorunun işdən azad olunmasını istisna edirik

Nazirlik tərəfindən heç bir məktəb direktorunun işdən azad olunmasına yol verilməyib, – bu barədə bəyanatı Təhsil Nazirliyi yayır.

Nazirlikdə qeyd edirlər ki, siyasi səbəblərə görə, kiminsə işdən azad olunmasını istisna edirlər.

“Bütün Gürcüstan miqyasında, ictimai məktəblərdə qəyyumlar şuraları tərəfindən seçilən direktorların, 2020-ci ilin sentyabr ayından, altı illik əmək müqavilələri başa çatır. Bu haqda bütün məktəblərin direktorlarının məlumatı var idi, çünki, onlar bilirlər ki, məktəb direktoru altı ilə müddəti ilə seçilir.

Heç bir direktor işdən çıxardılmayıb. Onların hamısı, Nazirlik tərəfindən elan edilən direktor müsabiqəsində iştirak edə bilərlər. Nazirlik siyasi səbəblərə görə, kiminsə işdən azad edilməsini istisna edir”, – deyirlər Nazirlikdə.

Qey edək ki, əmək müqaviləsi başa çatdığına görə, Ksani ictimai məktəbin direktoru Dodo Çotorllişvili işindən azad edildi.

Dodo Çotorlişvilinin oğlu Beka Leluaşvili isə, anasının işdən azad edilmə səbəbini öz siyasi fəaliyyəti ilə, “Milli Hərəkat” patriyasında olması ilə əlaqələndirir.

Beka Leluaşvilinin dediyinə görə, anası işdən azad edilməsi barədə qərarı öyrənəndə xəstəxanalıq oldu. Xəstəxanaya onu ziyarət etməyə “Milli Hərəkat” partiyasının nümayəndəsi Xatia Dekanoidze getdi.

Onun dediyinə görə, məktəb direktorunu işdən siyasi səbəblərə görə çıxardmaq, “Gürcü Arzusunun” seçkilərdə məğlubiyyətinin əlamətidir.