Təhsil Nazirliyi abiturientlər üçün "Veb-məktəb" adlı yeni layihəyə başlayır
Gürcüstanın Təhsil Nazirliyi abiturientlər üçün “Veb-məktəb” adlı yeni layihəyə başlayır.
Bu haqda məlumatı Təhsil Nazirliyi yayır.
Layihə abiturientlərə yeni bilgilər almaq imkanını verəcək.
Layihə çərçivəsində, praktikaçı müəllimlər abiturientlər üçün el.ge veb-səhifəsində vebinarlar keçirəcəklər.
Vebinar bütün fənləri əhatə edəcək.
Yeni layihə abiturientlər üçün mayın 4-dən başlayacaq və 4 iyul daxil olmaqla davam edəcək.
Vebinarda iştirak etmək üçün qeydiyyat mayın 2-də başlayır.