Təhsil Keyfiyyətinin Milli İnkişaf Mərkəzi "Ali təhsil keyfiyyətinin Avropa təminat asosiasiyasının" üzvü olur
Gürcüstanın Təhsil Keyfiyyətinin Milli İnkişaf Mərkəzi “Ali təhsil keyfiyyətinin Avropa təminat asosiasiyasının”(ENQA) üzvü olması ilə bağlı bugün Tbilisidə, – “Avropa keyfiyyətli ali təhsil” adlı tədbir keçirilir.
Tədbirdə Gürcüstanın baş naziri Mamuka Baxtadze və Təhsil Naziri Mixeil Batiaşvili iştirak edirlər.
Tədbirdə həmçinin, diplomatik korpus və beynəlxalq donor təşkilatlarının nümayəndələri, parlamentin üzvləri, Ali məktəblərin rektorları, təhsil ekspertləri və təhsil keyfiyyətinin milli inkişaf mərkəzinin nümayəndələri iştirak edirlər.
Təhsil Nazirliyinin məlumatına görə, Gürcüstan və Avropa arasında qoyulan asosiasiyaya razılaşmasına əsasən, Gürcüstan üzərinə elə bir öhdəlik götürdü ki, ölkənin təhsil sistemi mərhələ şəklində, Avropa təhsil sisteminə yaxınlaşacaq.