Təhsil, Elm, Mədəniyyət və İdman Naziri vəzifəsinə Mixeil Çxenkeli təyin edildi
Təhsil, Elm, Mədəniyyət və İdman Naziri vəzifəsinə Mixeil Çxenkeli təyin edildi

Təhsil, Elm, Mədəniyyət və İdman Naziri vəzifəsinə Mixeil Çxenkeli təyin edildi.

Müvafiq əmr baş nazir Giorgi Qaxaria tərəfindən bu gün imzalandı.

Mixel Çxenkeli bu günə qədər təhsil sahəsində baş nazirin müşaviri idi. 2017-2018-ci illərdə isə, o Təhsil naziri olub.

Ona qədər isə, Çxenkeli İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru idi.

Elmlər doktoru olan Mixeil Çxenkeli, eyni zamanda, ABŞ Universitetinin professorlar asossiasiyasının üzvüdür.