„TEGETA MOTORS“-dan şirkət administrasiyasının əməkdaşının koronavirusa yoluxmasını təsdiqləyiblər.
 „TEGETA MOTORS“-dan şirkət administrasiyasının əməkdaşının koronavirusa yoluxmasını təsdiqləyiblər.

 

 „TEGETA MOTORS“ xüsusi bəyanat yayır,bəhsi keçən bəyanatda şirkət administrasiyasının əməkdaşlarından birinin koronavirusa yoluxmasının aşkarlanması  təsdiqlənir.

 Bəyanatda qeyd olunub ki,bəhsi keçən əməkdaşın müştərilərlə heç bir əlaqəsi olmayıb.O,ofis işi həyata keçirir və mərkəzi ofisdə işləyirmiş.Onun bütün kontaktları müəyyən olunub və onlar təcrid olunublar. Eyni zamanda bütün əməkdaşlar sürətli testdən keçiblər.

Bəyanatda ,şirkətdə gündəlik olaraq dezinfeksiya işlərinin aparıldığı qeyd olunub.   Yüksək sosial məsuliyyətdən irəli gələrək və təhlükəsizliyin qorunması səbəbilə ,pandemiyanın yayılmasından bu günə qədər  „TEGETA MOTORS“-un  işçilərinin 5 dəfə test olunduğu bildirilir.

„TEGETA MOTORS“-  Gürcüstan hökumətinin, həmçinin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin  virusun (COVID-19) yayılmasının qarşısını almaq üçün verdiyi tövsiyyələrə tam əməl edir.

Şirkətin əməkdaşlarının virusun yayılması və keçməsindən qorunmaq üçün qoruyucu avadanlıqlarla təchiz olunduğu bildirilir.Eləcə də gündəlik rejimdə  iş yerləri dezinfeksiya edilir.

 

Hazırladı-Sevinc Mustafayeva