Tədqiqat nəticələrinə görə, Gürcüstan əhalisinin əksəriyyəti yığılan pensiya islahatını dəstəkləyir

Gürcüstan əhalisinin əksəriyyəti yığılan pensiya islahatını dəstəkləyir, – Professiyonal İttifaqları və Fridrix Ebert Fondu tərəfindən keçirilən tədqiqatlarln nəticələri bunu göstərir.

Tədqiqatın nəticələri bugün parlamentdə keçirilən görüşdə təqdim edildi.

“Sosiyal tədqiqat və analiz institutu” 1000 respodenti sorğuladı və sorğulananların yarısından çoxu yığılan pensiya islahatlarını dəstəklədiyini bildirdir, ancaq onların yenədə müəyyən iradları var”.

“Sosiyal tədqiqat və analiz institutu”-nun nümayəndəsi Yaqo Kaçkaçişvilinin dediyinə görə, tədqiqat bir mənalı şəkildə göstərir ki, Gürcüstan əhalisinin 55%-i pensiya islahatını müsbət dəyərləndirir.

Ancaq, yenə də, pensiya islahatına qətiyyətlə qarşı olan skeptiklərdə var. Bunların sayı isə, 12%-i təşkil edir.