Təbii fəlakətə görə, Oni munisipalitetində 2000-dən artıq insan dünyadan təcrid olunmuş halda qalıb
Təbii fəlakətə görə, Oni munisipalitetində 2000-dən artıq insan dünyadan təcrid olunmuş halda qalıb.
Onların arasında 1500 yerli əhali var, 500-dən artıq isə, qonaq və turistlərdir.
Oni meriyasının nümayəndəsi Levan Şerazadişvilinin məlumatına görə, onlar təhlükə altında deyillər.
Təbii fəlakət zonasında sərhəd departamentinin helikopterlərini gözləyirlər.
Raça-Leçxumi və Kvemo-Svaneti regionunun qubernatoru Arçil Caparidzenin məlumatına görə, Raçada 12 kənd dünyadan təcrid olunub, 10 körpü dağılıb və mərkəzi avtomaqistral üç yerindən dağılıb.