Təbii fəlakət zonasında ölənlərin sayı 17-yə yüksəlib
Təbii fəlakət zonasında ölənlərin sayı 17-yə yüksəlib

Üçüncü gündür axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi fəlakət bölgəsi Onidə ölənlərin sayı 17-yə yüksəlib.

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili təsdiqləyib.

Avqustun 3-də Şovidə sürüşmə baş verib.  17 nəfər ölüb. Mövcud məlumatlara görə, təbii fəlakət bölgəsində 18 nəfərin axtarışı davam edir.

Gürcüstanda 7 avqust matəm günü elan edilib.