Təbii fəlakət Tsalenjixa bələdiyyəsində problemlər yaradıb
Təbii fəlakət Tsalenjixa bələdiyyəsində problemlər yaradıb

Təbii fəlakət Tsalenjixa bələdiyyəsində problemlər yaradıb. Güclü külək Chale inzibati ərazi vahidində fərdi evlərin və yaşayış binasının damını uçurub. Jvari şəhərində elektrik ötürücü dirəkləri zədələnib, nəticədə əhalinin bir hissəsi elektrik enerjisi ilə təmin oluna bilmirdi.

Tsalenjixa merinin nümayəndələrinin sözlərinə görə, bütün bələdiyyə ərazisində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır. Güclü külək nəticəsində zədələnmiş damların qalıqlarının təmizlənməsi və dam örtüyünün yenilənməsi üçün hazırlığa başlanılıb.

Elektrik enerjisinə gəlincə, Jvaridə elektrik enerjisi tam bərpa olunub.

Tsalenjixa merinin nümayəndələrinin sözlərinə görə, dəymiş ziyanın dəqiq məbləği məlum deyil. Qeyd olunana əsasən, xüsusi komissiya dəymiş ziyanı hesablayır və təbii fəlakətin nəticələrinin aradan qaldırılması fondundan müvafiq vəsait səfərbər olunacaq, zərər çəkmiş obyektlərin damları yenilənəcək. O vaxta qədər isə evlər alternativ materialla örtüləcək.