Təbii fəlakət Lentexi Munisipalitetinə zərər verib
Təbii fəlakət Lentexi Munisipalitetinə zərər verib

Təbii fəlakət Lentexi Munisipalitetinə zərər verib. Güclü yağışlar nəticəsində Çixareşi və Caxunduri kəndlərində daxili kənd yolları zərər görüb.

Məcrasından çıxmış çay Caxunduri kəndini birləşdirən körpünü aparıb, bu səbəbdən sözügedən kəndin bir ərazisinin ətraf aləmlə əlaqəsi kəsilib.

Yuxarı Şkeda əhalisinin də ətraf aləmlə əlaqəsi kəsilib, çünki məcrasından çıxmış çay keçid körpülərini aparıb.

Laşxeti kəndində kənd təsərrüfatı sahələrinə ziyan dəyib. Lentexi meriyasında fəlakətin nəticələrinin aradan qaldırılması komissiyası yaradılıb, komissiya dəymiş ziyanı öyrənəcək. Yerli hökumət nümayəndələri fəlakət zonasında olublar.