Teatrların, kinoteatrların və uşaq əyləncə mərkəzlərinin açılması noyabrın 1-nə qədər təxirə salındı
İqtidarın koordinasiya şurasının qərarı ilə, teatrlar, kinoteatrlar və uşaq əyləncə mərkəzləri noyabrın 1-də açılacaq.
Bu barədə məlumatı iqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili verdi.
Epidemioloji vəziyyətdən irəli gələrək, bir neçə gün bundan öncə, kinoteatrların və teatrların sentyabrın 15-dən açılması ilə bağlı anons edilən qərar ləğv edildi və kinoteatrların və teatrların açılması bir ay müddəti ilə təxirə salındı” – dedi Natia Mezvrişvili.