Tea Tsulukianinin təşəbbüsü ilə böyük ənənələrə malik idman növü qayayadırmanma Paris Olimpiadasına hazırlıqlara başlayır
Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və nazir müavini Soso Qiorqadze Tbilisidəki qayayadırmanma salonunu ziyarət edərək, buradakı məşq şəraiti ilə tanış olublar.
Tea Tsulukianinin sözlərinə görə, Gürcüstanda qayayadırmanma böyük ənənələrə malikdir və sevindirici haldır ki, o, bu il Olimpiya Oyunları sırasında yer alıb. İdman nazirinin sözlərinə görə, Gürcüstan 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında gürcü idmançıların layiqincə mübarizə aparması üçün yanvar ayından hazırlıqlara başlayacaq. Bunun üçün infrastrukturu sürətlə qurmaq, idmançıları təchiz etmək, xaricə təlimlərə göndərmək lazımdır.
Nazirlikdən verilən məlumatda da qeyd olunduğu üzrə , İdman Nazirliyinin kütləvi idmanın inkişafı baxımından prioritet hesab etdiyi idman növlərindən biri də qayayadırmanmadır.
Nazirin təşəbbüsü ilə gələn il Gürcüstanda beynəlxalq standartlara uyğun dırmanma divarının tikintisinə başlanacaq ki, bu da idmançılarımızın tam məşq etməsinə və ölkəmizin beynəlxalq turnirlərə ev sahibliyi etməsinə imkan verəcək. Həmçinin kiçik divarların tikintisinin davam etdirilməsi və gənclərin bu idman növünə marağının artırılması üçün munisipalitetlər və Təhsil Nazirliyi ilə əməkdaşlıq nəzərdə tutulub.a