Tea Tsulukiani - Tea Tsulukiani bəyan edir ki, parlamentə boykot edən partiyalar parlament büdcəsindən maliyyə almamalıdırlar
Başa düşmürəm dünən yaranan partiya, hansı ki, bir faiz və bir neçə əlavə səs aldı iki mandatdan imtina edir, çünki az bilir, ancaq ofisində oturub, heçnə etməmək üçün xalqın cibindən pul istəyir. Onlara bu maaş on görə verilir ki, xalq üçün işləsinlər. Bu məsələ ilə bağlı cənab Mindia Uqrexelidzenin bəyanatı mənim üçün nəsə yenilikdir, – bu bəyanatı “Gürcü Arzusunun” liderlərindən biri Tea Tsulukiani Avropa İnsan Hüquqları Məhkəməsində ilk gürcü hakimi Mindia Uqrexelidzenin bəyanatına cavan olaraq, verdi.
Tea Tsulukianinin bəyanatına görə, parlamentə boykot edən partiyalar parlamentdən maliyyə almamalıdrılar.
“Cənab Mindiayaya iki dəfə qulaq asdım ki, bəlkə bizə nə təklif etdiyini anlaya biləm, ancaq başa düşmədim. Bu adam biz uşaq olandan, hakim mantiyasından bir çox iqtidarın əksikliyini və artıqlığını görürdü, yəni neytral mövqedən baxırdı və öz işinin professiyonalıdır. Gizləməyəcəm ki, onun bəyanatı məndə nəsə yenilik hissi yaratdı.
Mən düşünürəm ki, xalqın onlara verdiyi mandatlardan imtina edən partiyalar, parlamentə boykot edirlərsə, parlamentdən və xalqın cibindən artıq maliyyə almamlıdırlar” – dedi Tea Tsulukiani.