Tea Tsulukiani - Siyasi ekstremizmə yer verməyi düşünmürük, ancaq konstruktiv dialoq üçün qapı açıqdır
“Gürcü Arzusu” siyasi ekstremizmə yol verməyi düşünmür, ancaq konstruktiv dialoq üçün qapı açıqdır, – bu bəyanatı “Gürcü Arzusunun” liderlərindən biri Tea Tsulukiani “İmedi” telekanalının efirində verdi.
“Danışıqlar masasından söz edərkən, bir tərəfdə səkkiz partiyanın nümayəndəsi oturur, digər tərfədə isə, sadəcə iqtidar partiyası, hansının arxasında 928 min səs var.
Bu səslər 50 min səslə digər partiyaların birlikdə yığıdığı səslərdən artıqdır.
Ona görə də, danışıqlar masasında, onlar öz səslərini qoruyarkən, halbuki qorunacaq bir şey yoxdur, biz onlara durub deyə bilmərik ki, gəlin səkkiz min səsi sizə hədiyyə edək, nə olar, gəlin parlamentə daxil olun” – dedi Tea Tsulukiani.