Tea Tsulukiani - Mayk Pompeonun səfəri strateji partnyorluğumuzun yenə bir təsdiqidir
“Gürcü Arzusunun” liderlərindən biri olan Tea Tsulukianinin bəyanatına görə, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Gürcüstana səfəri iki ölkə arasındaki strateji partnyorluğu bir daha vurğulayır.
Tea Tsulukianinin “İmedi” telekanalının efirində verdiyi bəyanata görə, Mayk Pompeo Gürcüstana seçkilərin ikinci turundan öncə, “Gürcü Arzusunun” seçkilərin birinci turunda əhalinin dəstəyini aldıqdan sonra gəlir.
“Bu səfər strateji partnyorluğun əhəmiyyətini bir daha vurğulayır. Bu bir turnesdir, o sadəcə Gürcüstana gəlmir. Daha sonra Fransya və digər ölkələrə də gedəcək. Regionda yaranan vəziyyətdən irəli gələrək, Gürcüstana səfər xüsusi ilə önəmlidir” – dedi Tea Tsulukiani.
Tsulukianinin dediyinə görə, müxalifətin Mayk Pompeoyu aksiya ilə qarşılamağa haqqı var.
Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo Gürcüstana noyabrın 17-də gəlir.