Tea Tsulukiani - komandada bir sıra güclü, layiqli basketbolçularımız var və bu həqiqətən yüksək səviyyəli komandadır #1TVSPORT
Tea Tsulukiani - komandada bir sıra güclü, layiqli basketbolçularımız var və bu həqiqətən yüksək səviyyəli komandadır #1TVSPORT

 
Gürcüstanın idman naziri DÇ-də Sloveniya ilə keçirilən görüşdə iştirak edib. Tea Tsulukiani millimizin dünya basketbolunda öz layiqli yerini tutduğunu və bizi böyük qələbələr gözlədiyini bildirib.

“Sloveniya ilə gərgin və maraqlı oyun oldu. Əlbəttə, hamımız fərqli hesabla bitməsini istərdik. Lakin, millimiz göstərdi ki, gürcü basketbolunun, gürcü basketbolçuların dünya basketbolunda öz yeri var. Komandamızda bir sıra güclü, layiqli basketbolçularımız var və bu, həqiqətən yüksək səviyyəli komandadır, bir basketbolçu üzərində qurulmuş rəqib komandamız haqqında bunu deyə bilmərəm. Bu böyük səyi dünya səviyyəsində göstərdikləri üçün basketbolçularımızı təbrik edirəm. Onlara Venesuelaya qarşı böyük və layiqli qələbə arzulayıram. Salonda uzaq ölkələrdən gələn mühacirlərimizi, Gürcüstanın övladlarını, eləcə də Gürcüstandan gələn azarkeşləri gördük. Basketbolçularımızın ruy yüksəkliyi üçün çoxlu enerji, əsəb və səs sərf edənlərə minnətdaram”.

Sabah, avqustun 30-da Gürcüstan millisi Venesuela millisi ilə qarşılaşacaq. Qarşılaşma Tbilisi vaxtı ilə saat 11:50-də başlayacaq – Gürcüstanın Birinci Kanalı canlı reportajı təqdim edəcək.