Tea Tsulukiani - Iğalto akademiyası olduqca ağır vəziyyətdədir, tender oktyabrın 10-da açılacaq və müvəffəqiyyətlə başa çatsa, təcili işləri həyata keçirə biləcəyik
Tea Tsulukiani - Iğalto akademiyası olduqca ağır vəziyyətdədir, tender oktyabrın 10-da açılacaq və müvəffəqiyyətlə başa çatsa, təcili işləri həyata keçirə biləcəyik

 

Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani parlamentin plenar iclasında “Nazir saatı” formatında çıxışı zamanı Iğalto akademiyasının təxirəsalınmaz işlərə ehtiyac duyduğunu bildirib.

O, oktyabrın 10-da qiyməti 350 min lari olan tender elan olunacağını bildirib.

Tea Tsulukiani tenderin uğurla həyata keçirilməsi halında akademiyada işlərə başlanılacağını bildirib.

“Iğalto akademiyası olduqca ağır vəziyyətdədir. Həyəcan təbili çaldığına görə İrakli Kadaqişviliyə təşəkkür etmək istəyirəm. Diqqətiniz nəticəsində abidələrin mühafizəsinin nümayəndələri ilə bölgədə olduq və məlum oldu ki, orada o vaxtın paslı isgələsi qalıb və kimsə orada layihənin olduğunu unudub. Ağır vəziyyətdir. Problem olanda bunu açıq deməliyik.

Texniki tapşırıqlar çox sürətlə hazırlanıb və bazar araşdırması davam edir. Tenderin qiyməti 350 min laridir. Vəsaitimiz var, başqa layihələrdən ayırmışıq. Tenderin açılışı oktyabrın 10-da olacaq. Əgər tender uğurlu olarsa, biz İğalto üçün təcili işlər görə biləcəyik” – deyə Tea Tsulukiani bildirib.