Tea Tsulukiani - Gürcü tərəfi Strasburq Məhkəməsində ciddi dəlillərlə möhkəmləndirilmiş mövqe ilə təqdim ediləcək
Tea Tsulukiani - Gürcü tərəfi Strasburq Məhkəməsində ciddi dəlillərlə möhkəmləndirilmiş mövqe ilə təqdim ediləcək

Ədliyyə Naziri Tea Tsulukiani bəyan edir ki, Strasburq məhkəməsində “Gürcüstan Rusiyaya qarşı” məsələsinin son dinləyişində gürcü tərəfi ciddi dəlillərlə möhkəmləndirilmiş arqumentlərlə təqdim ediləcək.

Məsələdə əsas epizodlardan biri Qori şəhərinin mərkəzində “İskander”-in düşürülməsi idi.

Tea Tsulukianinin dediyinə görə, 2017-ci ilə qədər Rusiya bəyan edirdi ki, Qoridə “İskanderin” düşürülməsi faktını gürcü tərəfi uydurub, ancaq həmin “İskanderin” hissələri orada tapıldı və təsdiqləndi ki, Rusiyada istehsal olunub.

Ədliyyə Nazirinin məlumatına görə, Rusiyaya qarşı digər ciddi dəlillər də var.

“Bütün bu dəlilləri görməmək üçün kor olmalısan. Bizdə həmçinin, seysmoloqların qərarları da var, Gürcüstanın Xarici İşlər Nazirliyinin o dönəmdə Rusiyaya göndərdiyi nota da var. Həmçinin, dəlil var ki, avqustun 10-da səhər Gürcüstan tərəfi geri çəkilmişdi və atəş etmirdi” – dedi Tea Tsulukiani.