Tea Tsulukiani - Ədliyyə Nazirliyi Avropa İttifaqı ölkələri ilə vizasız rejimin qorunması üçün mübarizə etməyə davam edəcək
Gürcüstanın Ədliyyə Nazirliyi Avropa İttifaqı ölkələri ilə vizasız rejimin qorunması üçün mübarizə etməyə davam edəcək, – bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani parlamentin dörd komitəsinin birləşmiş iclasında çıxış edərkən bəyan etdi.
Onun dediyinə görə, Gürcüstanın ədliyyə sistemi iyunun 27-dən Avropa İttifaqı məkanının bir hissəsidir.
Bununla yanaşı, Gürcüstan Haaqa və Strasburq Məhkəmələrində öz maraqlarını qorumağa davam edəcək.
Tea Tsulukianiyi parlamentin dörd komitəsinin birləşmiş iclasında, yeniləşdirilmiş hökümət tərkibinin nazir namizədi olaraq, dinlədilər.
Bugün həmçinin, daxili İşlər Naziri namizədi Vaxtanq Qomelauriyi, Müdafiyə Naziri namizədi İrakli Ğaribaşviliyi və Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Namizədi Ketevan Tsixelaşviliyi dinləyəcəklər.
“Milli Hərəkat” və “Avropa Gürcüstanı” partiyalarının üzvləri etiraz əlaməti olaraq, komitə iclaslarında iştirak etmirlər.