Xeyir cənablar, siz inqilab edə bilmirsiniz, bu ölkədə inqilab olmayacaq, bizə səs verən 928 000 nəfər də ictimaiyyətdir və artıq ictimaiyyətin adı ilə danışmayın, – bu bəyanatla “Gürcü Arzusunun” liderlərindən biri olan Tea Tsulukiani Birinci Kanalın efirindən müxalifət nümayəndələrinə müraciət etdi.
“Milli Hərəkatçılara” qarşı şəxsi kinim yoxdur, mən sadəəc olaraq, onların siyasi opponentiyəm və onlar kimilərini siyasətdən uzaqlaşdırmağa çalışıram ki, digərləri də siyasətə gəlsinlər, çünki biz hər zaman siyasətdə qala bilmərik. Bir qüvvə siyasətdə ömürlük qalmamalıdır. Ona görə də, bugün olan modeli yaratdıq. Səslərini alan partiyalar buyursunlar parlamentə, ancaq bizimlə şantaj dili ilə danışmağın yeri olmamalıdır. Əgər parlamentə gəlmək istəmirsinizsə, bu sizin məsuliyyətinizdir. ” – dedi Tea Tsuliukiani.
Tea Tsulukianinin dediyinə görə, seçkilərdə saxtalaşdırma olmayıb, sadəcə olaraq, bir neçə texniki yolsuzluq baş verib.