Tea Tsulukiani - Amerikan siyasi spektri müxalifətə parlamentə daxil olmaları üçün müraciət etdi və bildirdi ki, Nika Melia qanun pozduğuna görə həbsxanadadır
Tea Tsulukiani - Amerikan siyasi spektri müxalifətə parlamentə daxil olmaları üçün müraciət etdi və bildirdi ki, Nika Melia qanun pozduğuna görə həbsxanadadır

Gürcüstanın Mədəniyyət, İdman və Gənclik Naziri Tea Tsuluakiani bəyan etdi ki, Amerikan tərəfi gürcü müxalifətinə və gürcü ictimaiyyətinə açıqca dedi ki, “Gürcü Arzusu” 2012-ci ildən etibarən qərb kursuna davam edir və heçvaxt o yoldan dönməyib.

“ABŞ-ın siyasi spektri bildirdi ki, ATƏT və digər beynəlxalq təşkilatların dəyərləndirmələrinə etibar edir və onların qərarına əsasən, 31 oktyabrda keçirilən seçkilər azad və ədalətli idi. Amerikan tərəfi belə dedi, kor olub bu reallığı  görmək istəməsəkdə bu belədir”, – dedi Tea Tsulukiani.

Nika Meliaya gəlincə isə, Tea Tsulukiani qeyd etdi ki, amerikan siyasi spektri onu da bildirdi ki, Nika Melia qanunu pozduğuna görə həbsxanadadır.

“Ümid edirəm ki, gürcü siyasi spektri bu mesajları doğru başa düşəcək və biz tez zamanda müxalifət parlamentarlarının fikirlərini və tənqidləri, artıq parlamentdən eşidəcəyik”, – dedi Tea Tsulukiani.