Tea Tsulukiani - 2023-cü il gürcü idmançıları üçün ən məhsuldar illərdən biri oldu #1TVSPORT
Tea Tsulukiani - 2023-cü il gürcü idmançıları üçün ən məhsuldar illərdən biri oldu #1TVSPORT

Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri Tea Tsulukianinin dəyərləndirməsinə görə, 2023-cü il gürcü idmançıları üçün ən məhsuldar illərdən biri olub.

Gürcüstan Olimpiya Komitəsinin mükafatlandırma mərasimində nazir tarixdə doqquz Olimpiadada iştirak edən ilk qadın olan, əfsanəvi idmançı Nino Salukvadzeyə “Gürcüstan idmanının qüruru” mükafatını təqdim edib.

“2023-cü il gürcü idmançıları üçün ən məhsuldar illərdən biri olub. Ölkəmizi beynəlxalq arenada qürurlandıran hər bir federasiyaya və istər qadın, istər kişi – bütün idmançılara təşəkkür edirəm.

Xoşbəxtlikdən, 2023-cü ildə idman qələbələrinin siyahısı kifayət qədər genişdir. Hər kəsə, eləcə də parasport nümayəndələrinə növbəti Olimpiya ilinin uğurlu olmasını arzulayırıq. Müvafiq federasiyaların və İdman Nazirliyinin əməkdaşları ilə birlikdə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında böyük qələbələr qazanmağa buradan hazırlaşırıq.

Bu, kədər qarışığı sevincdir, çünki biz bu ili əfsanəvi şərhçimiz Camlet Xuxaşvilisiz başa vururuq. Bir daha bütün federasiyalara və hər bir idmançıya təşəkkürlərimi bildirirəm. Ümid edirəm ki, gələn il Gürcüstan yenə öz idmançıları ilə fəxr edəcək”, – Tea Tsulukiani bildirib.