Tea Tsuliakiani ABŞ-ın baş prokuroru ilə görüşdü

Amerika Birləşmiş Ştatlarına rəsmi səfər çərçivəsində, Gürcüstanın Ədliyyə naziri Tea Tsulukiani ABŞ-ın baş prokuroru Uiliyam Bar ilə görüşdü.

Görüşdə Ədliyyə Nazirinin müavini, xüsusi penitensiar xidmətinin rəhbəri Giorgi Pataridze və ABŞ-ın Gürcüstandaki səfiri Davit Bakradze iştirak edirdilər.

Gürcüstanın Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Tea Tsulukiani görüşdə qeyd etdi ki, Ədliyyə nazirinin ABŞ-a səfəri, ABŞ-ın Ədliyyə Departamenti və Gürcüstanın Ədliyyə Nazirliyi arasında sahə əməkdaşlığı və strateji əlaqələr baxımından çox əhəmiyyətlidir.

Gürcüstanın Ədliyyə Naziri ABŞ-ın Ədliyyə Departamentinə müxtəlif layihələrin həyata keçirilməsində Gürcüstana verdiyi dəstək üçün təşəkkür etdi.

Görüş başa çatdıqdan sonra, Gürcüstanın Ədliyyə naziri Tea Tsulukiani və ABŞ-ın baş prokuroru Uilyam Bar birgə bəyanat imzaladılar və bununla, ikitərəfli partnyorluğu bir daha təsdiqlədilər.