Tea Axvlediani - barışıq və iştirak siyasəti çərçivəsində açılan imkanlara maraq göstərənlərin sayı işğal olunmuş ərazilərdə yaşayan insanlar arasında artmaqdadır
Tea Axvlediani - barışıq və iştirak siyasəti çərçivəsində açılan imkanlara maraq göstərənlərin sayı işğal olunmuş ərazilərdə yaşayan insanlar arasında artmaqdadır

 

Barışıq və iştirak siyasəti çərçivəsində açılan imkanlara maraq göstərənlərin sayı işğal olunmuş ərazilərdə yaşayan insanlar arasında artmaqdadır- bu barədə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı açıqlayıb.

“Xüsusilə vurğulamaq istərdim ki, işğalçı rejimin süni şəkildə yaradılmış çoxsaylı maneələrinə baxmayaraq, barışıq və iştirak siyasəti çərçivəsində açılan imkanlara və sülh təşəbbüslərinə qoşulmaq arzusuna maraq göstərənlərin sayı işğal olunmuş ərazilərdə yaşayan insanlar arasında artmaqdadır. Bu da siyasətin son məqsədlərinə nail olmaq üçün əsas nəticədir.

Bildiyiniz kimi, insanlar arasında birbaşa ünsiyyət olmadan barışıq və etimadın bərpası prosesi qeyri-mümkündür, bu da tətbiq edilmiş məhdudiyyətlərə və ya pandemiyaya baxmayaraq, heç vaxt dayanmayıb və illərdir rəsmi və ya qeyri-rəsmi kommunikasiya kanalları, eləcə də xalq diplomatiyası, sektoral əməkdaşlıq və gürcü-abxaz/gürcü-osetin layihələri çərçivəsində aktiv şəkildə davam edir” -deyə Tea Axvlediani qeyd edib.