Tea Axvlediani Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb
Dövlət Naziri Aparatının verdiyi məlumata əsasən, tərəflər Cenevrə Beynəlxalq Danışıqlarının vacibliyini və gündəmdə nəzərdə tutulan məsələlər üzrə irəliləyişə nail olunmasının zəruriliyini vurğulayıblar.
“Görüşdə Gürcüstanın işğal olunmuş bölgələrində humanitar və insan hüquqları baxımından vəziyyət müzakirə edilib. Xüsusi diqqət barışıq və iştirak siyasətinin həyata keçirilməsi prosesinə və bu baxımdan mövcud gələcək baxışlara yetirilib, bu da insan mərkəzli, status-neytral və münaqişə nəticəsində zərər görmüş əhalinin ehtiyaclarına əsaslanan yanaşmalara dayanır.
Dövlət naziri münaqişənin sülh yolu ilə həlli prosesində Avropa İttifaqının xüsusi rolunun və iştirakının vacibliyini vurğulayıb. Tərəflər gələcək sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər”-Dövlət Naziri Aparatının məlumatında deyilir.