TDU-nun yüxarı korpusunun yanında 3000 tələbə üçün nəzərdə tutulan şəhər tikiləcək

Tbilisidə 3000 tələbə üçün nəzərdə tutulan tələbə şəhəri tikiləcək.

Bu barədə məlumatı Təhsil Naziri Mixeil Batiaşvili layihənin təqdimatında verdi.

Onun dediyinə görə, Avropa standartlarına müvafiq olan bina TDU-nun yuxarı korpusunun yaxınlığındaki ərazidə yerləşəcək.

Yeni tələbə şəhərində digər universitetlərin tələbələri də yaşaya biləcəklər.

Layihə necə ümumi, eləcədə individual otaqları, mərkəzi mətbəxləri, idman zallarını və baseynləri nəzərdə tutur.

Bina 24 saat ərzində mühafizə ediləcək.

Qeyd olunan layihə ilə artıq bir neçə investor maraqlandı.

Tenderdə qalib olan şirkətin aşkarlanması 2019-cu ildə başlayacaq.