"TBC Riserç" - avqustda Gürcüstana gələn turistlərin göstəricisi artıb
Cari ilin avqust ayında Gürcüstana gələn turistlərin say göstəricisi artıb, – bu barədə məlumatı “TBC Riserç” verir, hansının təqdim etdiyi göstəricilər Daxili İşlər Nazirliyinin sərhədi keçmək statistikasına arxalanır.
Analitik şirkət tərəfindən bugün yayılan məlumata əsasən, rus aviasanksiyalarının qüvvəyə minməsindən sonra ilk dörd həftədə (8 iyul – 4 avqust) Gürcüstana gələn turist sayısı iki faiz idi, növbəti dörd həftdə isə, (5 avqust – 1 sentyabr) 7.4 faiz təşkil etdi.
“TBC Riserçin” məlumatına görə, Avropa İttifaqından gələn turistlərin artım tempi, keçən ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz təşkil etdi.
Milli Turizm Administrasiyası avqust ayının detallı statistikasını daha sonra təqdim edəcək.