"Tbilservice Group"-nda bildirirlər ki, təmizlik haqqı artırılmayıb
"Tbilservice Group"-nda bildirirlər ki, təmizlik haqqı artırılmayıb

 

“Tbilservice Group”-nun direktor vəzifələrinin icraçısı, Davit Paçulia bildirir ki, təmizlik haqqı artırılmayıb.

Onun sözlərinə görə, kommunal ödənişlərdə dəyişikliyə GNERC-in qərarı səbəb olub və real olaraq bu, təmizlik haqqının artırılması mənasına gəlmir.

“Tbilisi sakinlərinin vergiləri bir qəpik belə olsun artırılmayıb. 2.50 lari idi və eyni olaraq qalır. Tbilisi Meriyası və “Tbilservice Group” vətəndaşlara ikiqat ödənişin edilməsinə dair qəbzin getməsi səbəbini açıqlasa da, bu, kifayət etməyib. Bu, GNERC-in əvvəlki ayın ödənişinin növbəti ayda göndərilməsi, yəni noyabr ayının ödənişinin dekabrın əvvəlində göndərilməsi barədə qərarı ilə bağlıdır. Dekabr ayında ödəniş edən vətəndaşlar, noyabr ayının vergisini ödəyiblər. Dekabrın sonunda ödənişə dair başqa bir qəbz almalı idilər, lakin bu qəbz göndərilməyib. Müvafiq olaraq, yanvarın sonunda dekabr və yanvar aylarının aylıq ödəniş qəbzlərini alıblar. İndi iki ayın ödənişi ilə bağlı qəbz alıblar. Hesablama sistemi dəyişib”-deyə Paçulia bildirib.