"Tbilisoba"-nın qala-konserti Gia Kançelinin xatirəsinə həsr olunacaq

Oktyabrın 5-də, “Tbilisoba”-nın qala-konserti Gia Kançelinin xatirəsinə həsr olunacaq.

Bu barədə məlumat Gürcüstan Birinci kanalına Tbilisi meriyasının ictimaiyyətlə əlaqələr xidmətindən verildi.

Fəxri Tbilisililərin mükafatlandırılması və “Mən Tbilisiyəm” adlı qala-konsert Orbeliani meydanında, saat 20:00-da başlayacaq.

Bəstəkar Gia Kançeli dünən 84 yaşında vəfat etdi.