Bu gün Gürcüstan paytaxtının əsasının qoyulmasını qeyd edən iki günlük “Tbilsoba 2019” bayramı başladıı.
Bayram tədbirlərinin əsas lokasiyaları Rike, Leğvtaxvi, Metexi körpüsü, Avropa və Orbeliani meydanlarıdır.
“Tbilisoba – 2019”-ın proqramı müxtəlif yaşlı və müxtəlif maraqları olan insanlar üçün tərtib olunub.
Bütün gün ərzində, Tbilisi küçələrində müxtəlif konsertlər, kostümlü karnavallar və performanslar keçiriləcək.
Tbilisoba proqramı çərçivəsində uşaq konsertləri və atraksiyonları da hazırlanıb.
Günün sonunda, Orbeliani meydanında keçirilən “Mən Tbilisiyəm” adlı qala konsert isə, məşhur bəstəkar Gia Kançelinin xatirəsinə həsr olunacaq.