Bugündən etibarən, Tbilisidə hərəkət etmə məhdudiyyəti aradan qaldırıldı.
Rustavi və Qarbaniyə giriş-çıxış məsələsinə gəlincə isə, məhdudiyyətlər mayın 14-də tam şəkildə aradan qaldırılacaq.
Gürcüstan İqtidarında bəyan edirlər ki, karantin rejimi, yəni komendant saatı hələlik qüvvədə qalır.
Xatırladaq ki, Tbilisi, Rustavi, Kutaisi və Batumiyə giriş-çıxış aprelin 15-dən qadağan edilmişdi.
Kutaisi və Batumi üçün məhdudiyyətlər mayın 5-də aradan qaldırıldı.



