Tbilisiyə Avroviziya Uşaq Mahnı Müsabiqəsi iştirakçılarının nümayəndə heyyəti Portuqaliya və Niderlandlardan bu gün gəldi
Tbilisiyə Avroviziya Uşaq Mahnı Müsabiqəsi iştirakçılarının nümayəndə heyyəti Portuqaliya və Niderlandlardan bu gün gəldi

Tbilisiyə Avroviziya Uşaq Mahnı Müsabiqəsi iştirakçılarının nümayəndə heyyəti Portuqaliya və Niderlandlardan bu gün gəldi.

Başqa ölkələrin nümayəndə heyyətlərinə gəldikdə, onlar Tbilisiyə mərhələ şəklində gələcəklər.

Noyabrın 20-də, saat 18:30-da, Gürcüstan Milli Kitabxanasında Avroviziya Uşaq Mahnı Müsabiqəsinin açılış mərasimi – qırmızı xalça keçiriləcək. Açılış mərasimində Uşaq Avroviziyasının 16 ölkəsinin nümayəndə heyyəti iştirak edəcək.

Festival iştirakçılarının ardıcıllığını müəyyən etmək üçün səsvermə keçiriləcək. Uşaq Avroviziyasının açılış mərasimində müxtəlif illərdə Gürcüstanın təmsilçiləri və qalibləri mahnı oxuyacaqlar. Bundan başqa, Suxişvililərin yeni nəsli konsert keçirəcək.

Uşaq Avroviziyasının nəhəng müsabiqəsi noyabrın 26-da, saat 19:00-da, Tbilisi Olimpiya Sarayında keçiriləcək. Burada 16 ölkənin nümayəndə heyyəti iştirak edəcək.

Milli Turizm Agentliyinin rəhbəri, Giorgi Çoqovadzenin dediyinə görə, Uşaq Avroviziyası 20 ölkədə yayımlanacaq, bu da Gürcüstanın tanınması və populyarlaşdırılmasına imkan yaradacaq.

 

İctimai Yayımçının Mediya və Kommunikasiya blokunun direktoru, Tinatin Berdzenişvilinin dediyinə görə, Avroviziya bir və iki konsertlə sona yetmir. Bu kompleks tədbirlərdir ki, noyabrın 19-da başlayacaq və noyabrın 26-da sona yetəcək.