Tbilisinin YXX-nın tibbi direktoru,Marina Ezuqbaianın sözlərinə görə,klinikanı bu gün sağalmış 9 nəfər tərk edib.
O, bildirib ki, bu gün sağalmış 26 pasiyentdən 9-u Yoluxucu Xəstəliklər Xəstəxanasında sağalıb.
″36 pasiyentimiz var idi,hazırda 27 nəfər qalıb.Bu mərhələdə 27 pasiyent təsdiqlənib.Dünən , 4 pasiyent qəbul etdik,mümkün hal olaraq,bu təsdiqlənmiş halın ailə üzvləridir,onlar üzərində bu gün səhər tədqiqat başlanılacaq və müvafiq olaraq,alınmış cavablarda əgər yoluxmaları təsdiqlənsə,bizdə qalacaqlar və müalicələri davam etdiriləcək.Əgər təsdiqlənməzsə,o zaman klinikanı tərk edəcəklər.Bu mərhələdə Covid 19 –a yoluxmuş və vəziyyəti ağır olan bir pasiyent var.O ,hələ də reanimasiya şöbəsindədir.Bu pasiyentdə müşahidə olunan yaxşılaşma tempi stabildir.Bir neçə günə yəqin ki,onun göstəriciləri ilə bağlı da fərqli sıralama ilə danışacağıq.Klinikada bir neçə yeniyetmə də var″-deyə Marina Ezuqbaia bildirib.
Hazırladı-Sevinc Mustafayeva