Tbilisinin Təcili Tibbi Yardım Mərkəzinə on yeni avtomobil verildi

Tbilisinin Təcili Tibbi Yardım Mərkəzinə on yeni “Fiat” markalı avtomobil verildi və bunun üçün 870 lari ayrıldı.

Paytaxtın meri Kaxa Kaladzenin dediyinə görə, yeni avtomobillər təcili tibbi yardım üçün gərəkən müasir avadanlıqla təchiz olunublar və tamamilə müasir standartlara müvafiqdirlər.

“Düşünürəm ki, bu yetərli deyil, gələn il Təcili Tibbi Yardım Mərkəzinə 70 yeni avtomobil veriləcək, çünki bu servisin təkmilləşdirilmsi üçün zəruridir.

Kimsəyə təcili tibbi yardım çağırmaq ehtiyacında qalmasın, ancaq qalsa da, bu servis artıq çox daha yüksək səviyyəli olacaq və daha yaxşı xidmət edəcək” – dedi Kaladze.