Tbilisinin munisipal nəqliyyat vasitələrində yolçulara nəzarət edilir

“Covid-19”-un yayılmasına qarşı istiqamətləndirilən rekomendasiyaların yerinə yetirilməsi məqsədi ilə, Tbilisi munisipal nəqliyyat vasitələrində yolçuların nəzarəti həyata keçirilir.

Paytaxt meriyasının məlumatına görə, bu məqsədlə, metro-stansiyalarının yanında monitorinqi Daxili İşlər Nazirliyinin patrul polis departamentinin əməkdaşları və Tbilisi Nəqliyyat Şirkətinin nümayəndələri həyata keçirirlər.

Tbilisinin vitse-meri İrakli Xmaladze Daxili İşlər Nazirliyinə bu prosesə dəstək olduğu üçün təşəkkür etdi.

“Əsasən tibbi maskaların taxılmasına nəzarət edirik. Daxili İşlər Nazirliyinə bizə dəstək üçün təşəkkür edirik. Vətəndaşlardan isə, xahiş edirik, daha daha diqqətli olsunlar” – dedi İrakli Xmaladze.

Tbilisi meriyası vətəndaşlara müraciət edir ki, ictimai nəqliyyatdan sadəcə vacib olan yolçuluqlar üçün istifadə etsinlər və bütün təhlükəsizlik normalarını qorusunlar.