Tbilisinin Mtsxeti küçəsində yanğın olub
Tbilisinin Mtsxeti küçəsində yanğın olub

Tbilisinin Mtsxeti küçəsində yanğın olub.

Yanğın altı mərtəbəli yaşayış binasının çardağında baş verib.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, ailənin əşyaları yanıb.

Hadisə yerində bir neçə yanğınsöndürən və xilasedicilər işləyirdi.

Hazırda yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.