Tbilisinin Mosaşvili küçəsində baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi adam öldürməyə cəhd və qanunsuz silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə araşdırmalara başlayıb
Tbilisinin Mosaşvili küçəsində baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi adam öldürməyə cəhd və qanunsuz silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə araşdırmalara başlayıb

Tbilisinin Mosaşvili küçəsində baş vermiş hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, istintaq Cinayət Məcəlləsinin 19-108 və 236-cı maddələri ilə aparılır.

Bundan başqa, mövcud məlumata görə, 1997-ci il təvəllüdlü kişi yaralanıb.

Hadisə bir neçə saat əvvəl Tbilisinin Mosaşvili küçəsində baş verib. Atışma kafelərdən birində olub.

Hadisə yerində olanların sözlərinə görə, onlar bir neçə atəş səsi eşidiblər. Bir nəfər yaralanıb.