Tbilisinin Meriyası - Bəzi metro stansiyalarının guya ləngimələrlə işləməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil və məqsədi ictimaiyyəti səhvə sürükləməyə xidmət edir
Tbilisinin Meriyası - Bəzi metro stansiyalarının guya ləngimələrlə işləməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil və məqsədi ictimaiyyəti səhvə sürükləməyə xidmət edir

 
Bəzi metro stansiyalarının guya ləngimələrlə işləməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil və məqsədi ictimaiyyəti səhvə sürükləməyə xidmət edir – bu haqda Tbilisinin Meriyasının yaydığı bəyanatda qeyd olunub.

“Bəzi metro stansiyalarının guya ləngimələrlə işləməsi haqda sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirmək istərdik. Qeyd olunan məlumat həqiqətə uyğun deyil və məqsədi ictimaiyyəti səhvə sürükləməyə xidmət edir.

Tam məsuliyyətlə bildiririk ki, paytaxtın bütün metro stansiyaları adi rejimdə işləyir və hər gün səhər saat 06:00-dan gecə saat 00:00-a kimi sərnişinlərə xidmət göstərir.

Tbilisinin Meriyası ilə əlaqəli məsələləri qurumun mətbuat xidmətində yoxlamaq olar. Həmçinin, meriyanın qaynar xəttinə : 2 72 22 22 -yə zəng vura bilərsiniz” -Tbilisinin Meriyasının yaydığı bəyanatda qeyd olunub.