Tbilisinin Qoqebaşvili küçəsində qətl hadisəsi baş verib
Tbilisinin Qoqebaşvili küçəsində qətl hadisəsi baş verib

Tbilisinin Qoqebaşvili küçəsində qətl hadisəsi baş verib.

Kişi ehtimala görə odlu silahla öldürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, iki nəfər də yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyindən Birinci Kanala verilən məlumata görə, faktla bağlı Mülki Məcəllənin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başlayıb.

Agentliyin məlumatına görə, cinayəti törətdiyi iddia edilən şəxsin kimliyi müəyyən edilib.