Tbilisinin əsas yeni il ağacının işıqları təntənəli şəkildə yandırıldı (foto-video)

Paytaxtın əsas yeni il ağacının işıqlarını, Rustavelidə, tam saat 20:00-da, təntənəli şəkildə Tbilisi meri Kaxa Kaladze yandırdı.

Şəhərin əsas yeni il ağacının qurulmasına həsr olunan mərasimdə iştirak etmək üçün vətəndaşlar kiçik uşaqları ilə bərabər gəldilər.

Bugün həmçinin, buz meydançası açıldı və məlum oldu ki, yeni il şənlikləri yanvarın 7-nə qədər davam edəcək.