Tbilisinin əsas Sinaqoqunda toplaşanlara İsrail baş naziri, Beniamin Netanyahu müraciət etdi (video)

Tbilisinin əsas Sinaqoqunda, Xanuka bayramına həsr olunmu. təntənəli tədbirində iştirak edənlərə, İsrail baş naziri, Beniamin Netanyahu video zəng vasitəsi ilə müraciət etdi. O, tədbirdə iştirak edənləri byram münasibətilə təbrik etdi.

Tədbirdə Gürcüstanın baş naziri, Gürcüstan hökumətinin nümayəndələri, Tbilisi şəhərinin meri Kaxa Kaladze, diplomatik korpus və yəhudi icmasının nümayəndələri iştirak edirlər.

Birbaşa qoşulma zamanı, Giorgi Kvirikaşvili Beniamin Netanyahunu Xanuka bayramını təbrik etdi və yəhudi millətinə sülh arzuladı.

“Gürcüstanın böyük dostuna, İsrailin baş naziri, cənab Beniamin Netanyahunu Gürcüstandan salamlamaq və Xanuka bayramı münasibətilə təbrik etmək istəyirəm. Yəhudi millətinə sülh arzulayıram”, – Giorgi Kvirikaşvili bəyan etdi.

Xanuka bayramı 8 gün qeyd olunur. Hər gün Sinaqoqda və yəhudi möminlərin ailəsində şam yandırır. Rəmzi olaraq ilk şamı Gürcüstanın baş naziri yandırdı.