Tbilisinin bəzi məhəlləsinə avtobusun yeni marşrutları əlavə olunacaq
Tbilisinin bəzi məhəlləsinə avtobusun yeni marşrutları əlavə olunacaq

Tbilisi şəhərinin meri Kaxa Kaladze sarı avtobusların tam əvəz edilməsi barəsində danışdı.

Onun dediyinə görə, sarı avtobus sərnişinlər üçün böyük narahatlıq yaradır və havanın çirklənməsində mühüm yer tutur.Kaladzenin məlumatına görə, Didi Diğominin 4-cü mikrorayonundan “Mağlivi Korpusi” istiqamətinə yeni marşrut əlavə olunacaq.

“Yeni, 54 nömrəli marşrut əlavə olunacaq ki, bu da sərnişinlərə Didi Diğominin 4-cü mikrorayonundan “Mağlivi Korpusi” istiqamətinə, David Ağmaşenebeli Xiyabanından Marşal Gelovani və Vaja-Pşavelanı keçərək xidmət edəcək”, – Kaxa Kaladze Meriyada keçirilən iclasda bəyan etdi.

Onun sözlərinə görə, bu marşrut Didi Diğomi əhalisinə imkan verəcəkdir ki, Saburtalo-Vake ərazisinin hissəsi və Universitetin “Mağlivi Korpusu”ilə qısa müddətdə əlaqə saxlasınlar.