Tbilisidə,Vaxtanq Maxaldiani küçəsində,yaşayış evlərində meydana çıxan yanğının qarşısı alınıb.
Hadisə yerinə Fövqəladə Vəziyyətlərin İdarəedilməsi Xidmətinin 70-dək yanğınsöndürən-xilasedicisi və 15 ədəd yanğın əleyhinə texnika səfərbər olunub.
Ətrafdakı yaşayış evlərindən insanlar təxliyyə ediliblər.Alov 4 yaşayış evinə yayılıbmış.Yanğın nəticəsində heç kim xəsarət almayıb.
Fövqəladə Vəziyyətlərin İdarəedilməsi Xidmətinin 15 qrupu ilə yanaşı ,DİN Patrul və Kriminal Polis ekipajları, həmçinin təcili tibbi yardım qrupları hadisə yerindədirlər.
Hazırladı-Sevinc Mustafayeva