Tbilisidəki Universitet Klinikasına, Marneulidən bu gün daxil edilən hamilə qadının koronavirusa yoluxması təsdiqlənib
Tbilisidəki Universitet Klinikasına, Marneulidən bu gün daxil edilən hamilə qadının testlə koronavirusa yoluxması təsdiqlənib.
Birinci Universitet Klinikasının direktoru, Lali Turdzeladzenin Gürcüstanın Birinci Kanalına bildirdiyi üzrə, pasiyentin vəziyyəti ağır deyil, lakin onun üzərində ağciyər də daxil olmaqla əlavə təhlillər aparılmalıdır.
Turdzeladzenin sözlərinə əsasən, pasiyentin martın 15-də Azərbaycan sərhəddini keçməsinə dair məlumat artıq bəllidir.
Rəsmi məlumatlara əsasən, Gürcüstanda hazırda koronavirus infeksiyasına 79 yoluxma halı təsdiqlənib,onlardan 10-u sağalıb
Müəllif – Sevinc Mustafayeva