Tbilisidəki obyektlərin lövhələrində gürcü dilində yazıların olmamasına görə, ciddi cərimə sanksiyaları tətbiq olunacaq

Paytaxtın meri Kaxa Kaladze Tbilisidə mövcud olan obyektlərin lövhələrində gürcü dilində yazıların olması standartlarının pozulmasına görə, ciddi cərimə sanksiyalarının tətbiq edilməsi təşəbbüsünü irəli sürdü.

Kaxa Kaladze öz müavinlərinə tapşırdı ki, Ali Qanunverici orqana təqdim edilməsi üçün dərhal müvafiq qanun dəyişiklikləri hazırlansın.

“İlk növbədə özümüz ana dilimizə hörmət etməliyik ki, sonra da bunu digərlərindən tələb etmək üçün mənəvi haqqımız olsun. Parlament bu məsələ ilə bağlı əməkdaşlığa hazırdır və tədbirləri daha da sərtləşdirəcəyik” – dedi Kaladze.

Kaxa Kaladzenin dediyinə görə, qeyd olunan problemin düzəldlməsi üçün, lövhələrində gürcü dilində yazı olmayan müxtəlif obyektlərə müəyyən vaxt veriləcək.