Tbilisidə zoofestival açıldı [Foto]

Tbilisidə, “Karvasla” ticarət mərkəzində zoofestival açıldı.

Tədbir veteran həkimlər birliyi asosiasiyasının təşkilatçılığı ilə keçirildi.

Təşkilatçıların dediyinə görə, festival 2017-ci ildən keçirilir və onun məqsədi veterinarlığın populyarizasiyası və ictimaiyyətin heyvanlara qayğı göstərilməsi yolları haqqında bilgisini artırmaqdır.

Sərgi-festival çərçivəsində müxtəlif tədbirlər və tematik mühazirələr keçiriləcək.

Həmçinin, ziyarətçilər ev heyvanları üçün, oradaki veterinarlardan pulsuz konsultasiya ala biləcəklər.

Zoofestival fevralın 16-na qədər davam edəcək.

Foto: Zurab Kurtsikidze